Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
britaniye-metbuati-300x169.jpg

ABŞ generalları: Rusiya ilə mümkün münaqişə amansız olacaq

 “The İndependent” ABŞ generallarına istinadən yazır ki, Rusiya və ya Çinlə gələcəkdə baş verə biləcək müharibələr “son dərəcə ölümcül və sürətli” ola bilər.

General-mayor William Hix deyib ki, süni zəka və avtomatlaşdırılmış silah sistemləri gələcək münaqişələri itisürətli edəcək.
“Adi silahlarla aparılan münaqişələr yaxın gələcəkdə ölümcül və sürətli ola bilər, – deyib general, ordunun gəlcəyinə dair keçirilən şura yığıncağında, – Bu münaqişədə bizim əlimizdə vaxtı dayandıran saatımız olmayacaq”.
General Hix deyib ki, münaqişənin sürəti bizim insan qabiliyyətimizi maşınların qəbul etdiyi qərarlar qarşısında sınağa çəkəcək.
General xəbərdarlıq edib ki, son vaxtlarda Rusiya və Çinin nail olduğu texnoloji uğurlar Ağ Evi “Koreya münaqişəsindən bəri görünməmiş zorakılığa” hazırlıq barədə qərar qəbul etməyə məcbur edib.
Amerika ordusu baş qərargah rəisinin müavini general-leytenant Joseph Anderson deyib ki, ABŞ “hərbiləşdirilmiş rəqabətdə aqressivlik nümayiş etdirən bir sıra müasir ölkələr” qarşısında mövcudiyyətinə təhlükə ilə üzləşib.
“Hansı ölkələr? Deyəsən ağla Rusiya gəlir?” – deyə sual edib general.
Eyni tədbirdə iştirak edən ABŞ ordusu qərargah rəisi Mark A Milley deyib ki, belə bir münaqişə “demək olar qaçılmazdır. ”
“The İndependent” yazır ki, gələcək düşmənlər ABŞ-ın səmadakı hegemonluğuna, onun səma sərhədlərini qorumaq qabiliyyətinə son qoya bilərlər.
Miley deyib ki, beləliklə “quru qoşunları dəniz qüvvələrini hərəkətə gətirməli olacaq”.
General bildirib ki, ABŞ ordusu peyk kommunikasiyalarının yoxluğu şəraitində kibermüharibə üsulları ilə də üzləşə bilər.
Məqalədə deyilir ki, bu həftə Rusiya ümumölkə nüvə təlimlərini həyata keçirib. (BBC azeri)

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Putinə doğum günündə qeyri-adi hədiyyə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: