Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kutuzov

ABŞ gəmisini qovan “Kuznetsov”un görüntüləri – Video

Su-33 və MiQ-29KUB hərbi təyyarələrinin “Admiral Kuznetsov” kreyserinə eniş və uçuşunu əks etdirən video yayılıb.

Axar.az xəbər verir ki, “Zvezda” kanalının yaydığı videoda qırıcıların “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə enişi və uçuş imkanları nümayiş olunub.

Rusiyanın Aralıq dənizinə göndərdiyi bu donanmanın tərkibində “Admiral Kuznetsov” ağır təyyarədaşıyan kreyser, “Böyük Pyotr” atom-raket kreyseri, “Severomorsk” və “Vitse-admiral Kulakov” gəmiləri var.

Çəkilişlərin məhz Aralıq dənizində aparıldığı da vurğulanır.

“Admiral Kuznetsov” gəmisində MiQ-29KR və MiQ-29KUBR qırıcıları, Su-33 təyyarəsi, Ka-27 və Ka-31 helipopterləri daşınır.

Qeyd edək ki, iki gün öncə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raketdən müdafiə sistemləri ilə təchiz olunan “Karni” esminesi Qara dəniz akvatoriyasını təcili tərk edib. Belə ki, o, 21 gün əvəzinə cəmi 6 gün Qara dənizdə qalıb.

“Karni” gəmisinin Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” təyyarədaşıyan kreyserinin Aralıq dənizinə daxil olmasından sonra geri qayıtdığı bildirilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ankara Mokvaya təşəkkür etdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: