Now Reading:
ABŞ Fətullah Gülənin ekstradisiyasına münasibət bildirdi
Full Article 50 second read

ABŞ Fətullah Gülənin ekstradisiyasına münasibət bildirdi



ABŞ Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir. “RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernest sözlərinə görə, ABŞ bu sazişə sadiqir.

“Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlığı artıq siz də görürsünüz”, – deyə o bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.

“Ekstradisiya prezidentin həll etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də, prosesə Ədliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib”, – deyə Coş Ernest vurğulayıb.

Ernest bu məsələnin ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: