Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ Ermənistandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasının silahlı qruplaşma tərəfindən ələ keçirilməsi hadisələri ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib.

 

24saat.org səfirliyin saytına istinadən xəbər verir ki, ABŞ diplomatik missiyası silahlı qruplaşmanın binaya nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin mümkün gərginləşmək ehtimalının qaldığını bildirib.

Bununla əlaqədar səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.

Xatırladaq ki,ötən gecə hökumət qüvvələri ilə qiyamçılar arasında baş verən atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.

Bundan başqa, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İranda növbəti prezident seçkilərinin vaxtı BİLİNDİ

%d bloqqer bunu bəyənir: