ABŞ Dövlət Departamenti Ukraynadakı vəziyyətdən narahatlığını bildirib


Rəsmi Vaşinqton Ukraynanın şərqində atəşkəsin pozulması hallarının artmasından narahatdır.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib.

“Ukraynanın şərqindəki vəziyyət bizi narahat edir. Aprel ayında bölgədə 30 min atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Biz Rusiya və separatçıları Minsk razılaşmalarına uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə M.Toner bildirib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

PKK-nın kabusu “kiçik tank” gəlir – FOTO

%d bloqqer bunu bəyənir: