Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-dan Rusiyaya telefon zəngi – bu dəfə Qarabağdan danışılmadı

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti xəbər verib.

Lavrov və Kerri telefon danışığı zamanı Suriya problemlərini müzakirə edib. Xüsusilə “Cəbahat ən-Nusra” və digər terrorçu qruplara qarşı həlledici birgə fəaliyyət haqda danışılıb. Tərəflər telefon danışığı zamanı həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.

Mayın ortalarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri növbəti dəfə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Vaşinqton tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı rəsmilər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət barədə fikir mübadiləsi aparıb.

ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov

Aprelin əvvəllərində baş vermiş Dörgünlük müharibədən sonra bu, Kerri və Lavrov arasında Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin sayı artıb.

Lavrov və Kerri arasında birinci telefon danışığı elə müharibə gedərkən – aprelin 4-də baş tutub. Söhbət zamanı hər iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Qarabağda gərginliyin artmasından ciddi narahat olduğunu bildirib və tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. Bu danışıqdan sonra aprelin 5-də Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpası barədə razılıq əldə olunub.

Növbəti telefon danışığı aprelin 16-da olub. Kerrinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Lakin Kerri – Lavrov danışığı barədə ətraflı məlumat verilməyib.

ABŞ və Rusiya rəsmiləri arasında üçüncü telefon danışığı aprelin 29-da olub. Bu dəfə də Dağlıq Qarabağ münaqişəsi müzakirə edilsə də telefon danışığının təfərrüatları barədə açıqlama verilməyib.

Dördüncü telefon danışığı isə mayın 2-də baş tutub. Bu dəfə də Qarabağ danışıqlarının təfsilatı ilə bağlı məlumat verilməyib.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr mayın 9-da da aparılıb. Həmin gün Lavrov və Kerri arasında baş tutan beşinci telefon danışığı zamanı ABŞ və Rusiya rəsmiləri hazırkı mərhələdə ATƏT-in Minsk qrupunun atacağı mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, 4 günlük müharibədən sonra Birləşmiş Ştatlar münaqişənin həlli ilə bağlı səylərini artırıb. Kerri Lavrova zəng etməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayır.

Aprelin 25-də baş tutan telefon danışığı zamanı Kerri Əliyevə bildirib ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunması və münaqişənin nizamlanması üçün danışıqlara başlamaq vacibdir.

Azərbaycan və Ermənistan arasında 4 günlük müharibə aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Erməni silahlı bölmələri bütün cəbhəboyu hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri əks həmlə ilə qarşı tərəfin ön müdafiə xəttini yararaq bir neçə kilometr irəliləyib və strateji yüksəklikləri işğaldan azad edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Putin Patruşevi Ermənistana göndərir – JEST

%d bloqqer bunu bəyənir: