Advertisements
24 saat

ABŞ-dan növbəti Gülən mesajı


Türkiyədə səfərdə olan ABŞ Baş Qərargah rəhbəri Cozef Dunford TBMM sədri İsmail Qəhrəman ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Dunford Pensilvaniyada yaşayan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin ədalətli şəkildə və hüquq çərçivəsində dəyərləndiriləcəyini bildirib.

“Qiyam gecəsi millət vəkillərinin TBMM-də olması böyük cəsarətin göstəricisidir. 15 iyul gecəsi baş verənlər terrorizmdir. Türkiyə-ABŞ dostluğu bundan sonra da davam edəcək. 14 iyuladək olan münasibətlərimiz necə idisə, 16 iyul tarixindən sonra da o cür davam edəcək”, – Dunford bildirib.

Qeyd edək ki, ABŞ rəsmisi bundan əvvəl Baş nazir Binəli Yıldırımla təkbətək görüş keçirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: