ABŞ-dan HDP-çilərin həbsinə ilk reaksiya

HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ haqqında həbs qərarından dərhal sonra ABŞ-dan kürdyönümlü partiyanın yetkililərinə qarşı son addımlara reaksiya gəlib.

ABŞ dövlət katibinin köməkçisi Tom Malinovski Türkiyə hökumətinin HDP-çi deputatları həbs etməsindən və internetə girişə yasaq qoymasından ciddi narahatlıq keçirdiklərini bildirib:

«Bu addımlar dost və müttəfiq olaraq bizi dərindən narahat etdi. Demokratik hökumətlər seçilmiş millət vəkillərinə qarşı hüquqi addımlar atarkən ədalətə olan inamı qorumalıdılar. Üstəlik mətbuat azadlığı və internetə çıxış da bir ölkənin demokratiyası üçün vacib şərtdir».

Azadliq.info

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Türkiyədə internet bağlandı – İnsanlar təşvişə düşdü

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: