Advertisements
24 saat

ABŞ-dan gələn xəbər neftin qalxmasına mane olur


Neft qiymətləri, ABŞ-da qazılan neft quyularının sayının təxminən bir ilin ən sürətli artımını göstərməsinin ardından 42 və 44 dollar ətrafındadır

Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı altıncı həftədə də artaraq 381-ə çıxıb. Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC) iki rəsmiyə görə, OPEC və OPEC-ə daxil olmayan ölkələr hasilatın dondurulmasını müzakirə etməyi planlaşdırmır.

Bazar gözləntisi, qiymətlərin 40 dollardan aşağı düşdükdən sonra bir qədər yüksələcəyi istiqamətindədir.

Bakı vaxtı ilə saat 09:10-a olan məlumata görə Qərbi Texas nefti (WTI) Nymex birjasında 42,03 dolardan, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 44,48 dollardan alıcı tapıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: