Loading...
Loading...

ABŞ-dan Əliyevə sərt referendum xəbərdarlığı

Konqresmenlər referendumun ciddi legitimlik problemi yaradıcağını bəyan etdilər

ABŞ Konqresinin Helsinki komissiyasının rəhbəri konqresmen Kristofer Smit Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək sentyabrın 26-da keçiriləcək referendumla bağlı narahatçılığını bildirib. Həmçinin ABŞ-ın iki partiyasının adından yazılan məktubda referendum qərarına yenidən baxmaq təklif edilir.

Məktuba Smitlə yanaşı konqresmenlər Co Pitts və Adam Şiff imza atıb.

Məktubda deyilir ki, prezidentlik müddətinin uzadılması və prezidentin səlahiyyətlərinin artırılması siyasi hakimiyyətin möhkəmlənməsinə və Azərbaycan xalqının iradəsindən asılılığı azaltmağa xidmət edir. “Biz söz azadlığı və hökumətin hesabatlılığı üçün vacib olan hüquqların məhdudlaşdırılmasına xidmət edən dəyişikliklərdən narahatıq”, – deyə konqresmenlər qeyd edir.

Məktubda bildirilir ki, referendum leqitimliyin ciddi böhranını yaradır: “Nə Azərbaycan xalqı, nə beynəlxalq ictimaiyyət açıq disskusiyanın  və şəffaflığın olmadığı seçkiyə etibar edə bilməz. Azərbaycan xalqından demokratik prinsiplərə zidd dəyişikliklərə səs vermək tələb edilir. Bu da vəziyyəti daha da dözülməz edir”.

Konqresmenlər qeyd edir ki, konstitusiyaya ediləcək dəyişikliklər Azərbaycan hakimiyyətinin demokratiya və insan haqları ilə bağlı götürdüyü öhdəliklərə ciddi zərbə vuracaq. “Konstitusiya referendumuna yenidən baxmağa və xalqınızın azadlığı ilə bağlı zəifləyən məsuliyyətinizi artırmağa, siyasi fəalların, jurnalistlərin təqib edilməsinə son qoymağa çağırırıq. Ümid edirik hökumətiniz güc və stabilliyin xalqın azadlığından qaynaqlandığını etiraf edəcək”, – deyə məktubda vurğulanır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri başa çatıb

%d bloqqer bunu bəyənir: