Now Reading:
ABŞ-da Trampa qarşı mitinqlər başladı – VİDEOLAR
Full Article 40 second read

ABŞ-da Trampa qarşı mitinqlər başladı – VİDEOLAR

Donald Trampın prezident seçilməsi təsdiqlənəndən sonra ABŞ-ın əksər ştatlarında etiraz aksiyaları başlayıb.
Bakipost.az xəbər verir ki, etirazçılar yeni prezidentin ölkəyə bəlalar bəxş edəcəyini bildiriblər və onu tezliklə istefa verib, ölkəni tərk etməyə səsləyiblər. Həmçinin müsəlmanlara qarşı dözümsüzlüyün dayandırılması və afroamerikalıların hüquqlarına hörmət edilməsi barədə çağırışlar ediblər.
Vaşinqtonda tələbələr Trampın prezident seçilməsinə etiraz olaraq hətta ABŞ bayrağını yandırıblar.
Sietl şəhərində keçirilən mitinqdə isə atışma baş verib. Nəticədə 4 nəfərin yaralandığı bildirilir.
Ən böyük nümayişlərdən biri də ABŞ-ın tarixi şəhəri Bostonda keçirilib. Təxminən 13 saat əvvəl başlanan aksiya hələ də davam edir. Şəhərin əsas küçə və prospektləri bağlanıb.
Bostondan çəkilmiş videoları təqdim edirik:

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: