ABŞ-da seçkilər: Trump-ın qərargahı geridə olduqlarını etiraf edib


Donald Trumpun seçki kampaniyasının qərargahı səsvermə gününə iki həftə qalmış onun prezidentlik uğrunda mübarizədə Demokratlar partiyasından namizəd olan Hillary Clintondan geri qaldığını etiraf edib.

“Biz arxada qalmışıq. Onun [Clinton] bir neçə üstünlüyü var”, respublikaçı namizədin seçki qərargahının rəhbəri, Kellyanne Conway NBC telekanalına müsahibəsində deyib.
“Amma təslim olmuruq. Bilirik ki, qələbə qazana bilərik,” o əlavə edib.
Ötən cümə günü Trump etiraf edib ki, uduza bilər. Son sorğulara əsasən, Hillary Clinton seçkilərin taleyini həll edə biləcək bir neçə ştatda və bütövlükdə ölkə üzrə inamla liderlik edir.
Clintonun seçki qərargahının rəhbəri Robby Mook bildirib ki, bu, “Amerika tarixində ən mühüm seçki” olacaq.
“Seçki məntəqələrinə gələn insanların sayı həmişəkindən daha çox olacaq”, Mook Fox News-a müsahibəsində deyib.
Utah və Arizona kimi ənənəvi respublikaçı ştatlarında sorğular göstərir ki, bu ştatlar bir çox illər ərzində ilk dəfə olaraq Demokrat partiyasından olan namizədi dəstəkləyə bilər.
ollkk
Seçki kartının belə dəyişikliyi demokratları Clintonun seçki kampaniyasını dəyişdirməyə vadar edib. İndi daha çox gələcək konqresə seçkilərdə demokratlar partiyasından olan namizədlərin dəstəklənməsi üçün daha çox pul xərclənir.
Hillary Clinton deyib ki, o, Trump-ın çıxışlarına cavab vermək fikrində deyil.
Trump-ın seçki qərargahının rəhbəri Clinton qərargahının böyük maliyyə üstünlüyündən danışaraq bildirib ki, məbləğ Trumpа qarşı mənfi reklam üçün, eləcə də tanınmışların təşviqata cəlb edilməsinə xərclənə bilir.
“Ancaq kampaniya zamanı Trump-а dəstək səviyyəsini nəzərə alsaq hələ hər şey itirilməyib”, Konvey bildirib.
Ötən cümə günü Donald Trump seçkilərdə məğlubiyyətlə bağlı ilk dəfə reaksiya verib və bildirib ki, udması və uduzmasından asılı olmayaraq özündən razı olacaq.
Bir gün əvvəl o, prezident postunda olacağı ilk 100 gün üçün öz planını açıqlayıb. Plana lobbiçiliyə məhdudiyyətlər, yeni ticarət danışıqları, habelə iqlim dəyişiklikləri məsələləri üzrə danışıqlar daxildir.
Səsvermə gününə 16 gün qalmış, əsasən, onun kampaniyası dövründə olmuş qalmaqallar diqqət mərkəzində qalır.
Şənbə günü Trump onu seksual xarakterli hərəkətlərdə ittiham etmiş hər qadına cəza verməyi vəd edib.
O bir daha bəyan edib ki, qarşıdakı seçkilər seçki məntəqələrində dələduzluq və qeyri-obyektiv KİV-ə görə ədalətli olmayacaq.
Bazar günü Donald Trump-ın oğlu Erik Trump bildirib ki, atası seçkilər “ədalətli” olacaqsa nəticələri tanıyacaq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Obama məşhur reperlə rəqs etdi – Video

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: