24 saat

ABŞ-da ölüləri diriltməyi düşünürlər – 50 min adam “gələcəyə bilet” alır


Təxminən 50 min adam nəzəri olaraq “gələcəyə bilet” alacaq.

ABŞ-da “Timeship” kriogen mərkəzinin inşası üzrə layihəyə start verilib. Mahiyyətcə, bu, hansısa müddətdən sonra ölüləri diriltməyə çalışacaq qəbiristanlıq variantıdır. Artıq “Yeni Nuh gəmisi” adı verilən mərkəz üçün 150 hektar torpaq sahəsi alınıb. Bu, 15×15 kilometr ölçülü kvadrata uyğundur.

Layihə gələcəkdə dirilmək istəyən insanların DNT-nin və orqanlarının qorunmasına istiqamətlənib. Mərkəzin yaradıcıları layihəyə təxminən 375 milyon dollar ayırıb.

Bu işdə təhlükəsizliyə xüsusi diqqət yetirilir. Terror təhlükəsindən tutmuş qlobal istiləşmə ehtimalına qədər kriogen mərkəzin müdafiəsinə böyük vəsait ayrılıb. Mərkəz muxtar enerji şəbəkəsi və günəş batareyaları ilə təchiz olunacaq.
Admiral.Az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: