Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
marixuana

ABŞ-da marixuana istehsalı sayəsində 18 min yeni iş yeri açılıb

Müalicəvi marixuananın istehsalı sənayesi ABŞ-ın Kolorado ştatında 18 min nəfəri yeni iş yeri ilə təmin edib. Bu barədə “The Wasington Post” qəzeti məlumat yayıb.

“Marijuana Policy Group” iqtisadi konsaltinq şirkətinin araşdırmalarına görə, marixuananın leqallaşdırılması Kolorado ştatının iqtisadiyyatına müsbət təsir göstərib. Şirkətin analitiklərinin fikrincə, əgər bu sənaye istiqaməti düzgün təşkil olunarsa, bu, hər bir ştata iqtisadi mənfəət gətirə bilər.

Qeyd edək ki, 1 mlrd. ABŞ dolları həcmində illik dövriyyəsi ilə yanaşı, marixuana sənayesi digər yerli mal və xidmətlərə tələbi artırıb. Bunların arasında anbarların icarəyə götürülməsi, əkinçilik avadanlığı, xüsusi lampalar və s. məhsullar yer alıb. Yeni sənaye istiqamətinin inkişafı hüquqşünaslar, mühasibliər, logistika və botanika sahəsinin mütəxəssislərinə də tələbatı artırıb.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Neft ölkəsinin əhalisi acından ölür – Heç tualet kağızı da yoxdur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: