Now Reading:
ABŞ-da iğtişaşlar baş verdi
Full Article 30 second read

ABŞ-da iğtişaşlar baş verdi



ABŞ-ın Dallas şəhərində keçirilən nümayişlər zamanı dörd polis əməkdaşı öldürülüb. “Euronews” xəbər verir ki, azı 11 qanun keşikçisi də yaralanıb.

Şahidlərin sözlərinə görə, yüksəklikdə yerləşən iki snayper atəş açıb. Ümumilikdə təxminən 20 atəş açılıb.

Qeyd edək ki, son günlər ərzində ABŞ-ın böyük şəhərlərinin əksəriyyətində, o cümlədən Dallasda kütləvi nümayişlər keçirilib. Buna səbəb polis əməkdaşlarının afroamerikalıları öldürməsiylə bağlı səs-küylü 2 fakt olub. İndi insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının həddindən artıq qəddarlıq nümayiş etdirməsinə etiraz edir və günahkarların cəzalandırılmasını tələb edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: