Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-da gey klubu hücuma məruz qalıb – xeyli sayda yaralı var

ABŞ-ın Florida ştatı Orlando şəhərində geylərə xidmət göstərən gecə klubunda atışma baş verib.

Polisin bildirdiyinə görə, hücum edən Pulse adlı gey klubunda atəş açıb, nəticədə xeyli sayda yaralı var.

Orlando polisi camaata hadisə yerindən uzaq durmaq barədə xəbərdarlıq edib.

Bəzi qeyri-rəsmi məlumatlara görə, hücum edən hələ də içəridədir və deyilənə görə, girov götürüb.

Sosial mediada paylaşılan videoda hadisə yerində onlarla təcili tibbi yardım maşını və səkidə insanlara yardım göstərildiyi görünür.

Klubda olmuş bir nəfər içəridə atəşin təxminən yerli vaxtla saat 02:00-də (10:00 Bakı vaxtı ilə) açıldığını bildirib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İranla sərhəddə kürd yaralıları öldürülüb

%d bloqqer bunu bəyənir: