Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-da 450-dən çox yazıçı Trampın namizədliyinə qarşı çıxıb

450-dən çox yazıçı, o cümlədən məşhur Stiven Kinq milyarder Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalayıblar.

24saat.org“RİA Novosti”yə istinadən xəbər verir ki, yazıçılar Mark Slauka və Endrü Altşul “İPetitions” saytında petisiya yerləşdiriblər. Məqsəd 10 min imza toplamaqdır. Hələlik petisiyaya 6220 nəfər qoşulub.

“Nə var-dövlət, nə də şöhrət insanı ABŞ adından danışmağa, ölkənin ordusuna rəhbərlik etməyə, onun tərəfdaşlarını dəstəkləməyə və vətəndaşlarını təmsil etməyə öyrətmir”, – petisiyanın mətnində belə deyilir.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır

%d bloqqer bunu bəyənir: