Advertisements
24 saat

ABŞ Cənubi Koreya ilə birgə təlimlərə başlayıb -Foto

ABŞ və Cənubi Koreya “Ulji Freedom Guardian” irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərin gedişatında Koreya yarımadasında “fövqəladə vəziyyət” yarandığı halda, KXDR-nın nüvə və raket obyektlərinə zərbələr endirməyi sınaqdan keçirəcəklər.

24saat.news  RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərə 25 min Amerika və 50 min cənubi koreyalı hərbçi cəlb edilib.
Manevrlərə Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zellandiya nümayəndələri cəlb edilib.
Bu il avqustun 22-dən sentyabrın 2-nə qədər keçiriləcək “Ulji Freedom Guardian” təlimləri artıq KXDR-da tənqid atəşinə tutulub.
Koreya Xalq Demokratik Respublikasının milli ordusunun Baş qərargahının nümayəndəsi bəyan edib ki, Şimali Koreya hərbçiləri Cənubi Koreya və ABŞ silahlı qüvvələrinə nüvə zərbəsi endirməyə hazırdırlar. Bu, Şimali Koreya ərazisinə, su və hava sərhədləri üçün “kiçicik təhdid” yarandığı halda baş verəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: