Now Reading:
ABŞ Azərbaycanda ticarət missiyası yaratdı
Full Article 40 second read

ABŞ Azərbaycanda ticarət missiyası yaratdı



ABŞ-ın ticarət missiyası sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.

24saat.org  Amerika-Azərbaycan Ticarət Palatasının rəsmi saytına (USACC) istinadla bildirir ki, ticarət missiyası kiçik və yerli biznesin inkişafı departamentinin (Exportdc) dəstəyi ilə təşkil olunub.

Missiyanın tərkibinə ixtisaslaşmış kiçik və orta Amerika şirkətləri, o cümlədən “Yaşıl maliyyə”, strateji və məsləhət xidmətləri, satış və marketinq avtomatlaşdırma xidmətləri, landşaft memarlığı, planlaşdırma və şəhər dizayn xidmətləri, konsaltinq infrastruktur layihələri, informasiya texnologiyaları, dizayn və proqram hazırlanması, müdafiə məhsulları və xidmətləri, mülki mühəndislik, geodeziya və landşaft memarlığı, səhiyyə, təhsil konsaltinq xidmətləri və s. daxildir. Missiyada “Browne and Associates”, “Cube84”, “Symbiosis DC”, “Synergetic Information Systems”, “C.L. Russell Group”, “Zura Consulting”, “West Coast Connections” şirkətləri də yer alacaq.

Səfər çərçivəsində ticarət missiyası bir sıra görüşlər keçirəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: