ABŞ Avropaya elçi göndərir

İyunun 7-8-də Birləşmiş Ştatlar Parisə və Berlinə elçi göndərir. Məqsəd Avropadakı müttəfiqləri Rusiyaya sanksiyaların saxlanmasının vacibliyinə inandırmaqdır.

ABŞ Maliyyə Departamentindən Adam Szubin Avropanın xarici işlər, maliyyə, iqtisadiyyat nazirlikləri, eləcə də banklar və maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək.

O, müttəfiqləri çağıracaq ki, Moskva Ukraynanın şərqində sülhü nəzərdə tutan Minsk razılaşmalarının şərtlərini yerinə yetirməyincə sanksiyalar qüvvədə qalsın.

Szubin İranla nüvə sazişinin icrasını da müzakirə edəcək.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Ermənistan Dövlət Elm Komitəsi: Yerevanın nüvə silahı yoxdur

%d bloqqer bunu bəyənir: