Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ aviasiyası İŞİD-in avtomobil karvanını məhv etdi – 250 ölü

Ötən gün İraqda ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya İŞİD qruplaşmasının maşın karvanını bombardman edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı terror qruplaşmasının azı 250 üzvü ölüb.

 

Hadisə Əl-Fəlluca şəhərinin cənubunda baş verib.

 

“Azı 250 terrorçu öldürülüb, 40-dan artıq avtomobil məhv edilib”- deyə Pentaqondakı mənbə açıqlayıb.

 

Əl Fəlluca şəhəri ötən həftə İraq ordusu tərəfindən azad edilib. Bağdadın 65 kilometrliyində yerləşən şəhər yerli sünnilərin siyasi mərkəzi sayılır.

ABŞ İŞİD-in İraqdakı mövqelərini 2014-cü ilin 8 avqustundan, Suriyadakı mövqelərini isə 23 sentyabrından bombalamağa başlayıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Britaniyanın yeni baş naziri bu qadın da olar

%d bloqqer bunu bəyənir: