24 saat

ABŞ 5-ci nəsil F-35-ləri havaya qaldırdı


ABŞ-ın üç ədəd çoxfunksiyalı beşinci nəsil F-35 qırıcısı ilk dəfə uzaqmənzilli uçuş həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda “Defence News” nəşri bildirib.

Təyyarələr “Farnborough Airshow 2016” aviasərgidə iştirak etmək üçün Böyük Britaniyada yerə eniblər. “The Sun” nəşrinin məlumatına görə, 4 min mil (6,4 min kilometr) uçuş üçün qırıcı 15 çən əlavə yanacaq doldurub.

F-35 Lightning II beşinci nəsil gözəgörünməz çoxfunksiyalı qırıcılar ailəsinə daxildi. “Lockheed Martin” korporasiyası 2001-ci ildən onun hazırlanması ilə məşğul olur. ABŞ-dan başqa, Böyük Britaniya, Niderland, İtaliya, İsrail, Kanada, Norveç, Yaponiya, Türkiyə və Cənubi Koreya qırıcıları almağı planlaşdırır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: