ABŞ 1400 terrorçuya təlim keçib

ABŞ PKK/PYD tərəfindən 2015-ci ildə işğal edilən Rakka vilayətinin Tel-Abyad rayonunda 1350 terrorçunun təlim keçdiyi hərbi düşərgə yaradıb.
ABŞ hərbçilərinin təlim keçdiyi silahlılara hər ay 300 dollar maaş verildiyi məlum olub.

Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, düşərgədə hər biri 200 nəfərdən ibarət olan kiçik qruplar yaradılıb. 2016-cı ilin sentyabrından bu günə qədər 1400 terrorçu düşərgədə təlim keçdikdən sonra Suriyanın müxtəlif bölgələrinə göndərilib.

Tel-Abyad mərkəzində 500 nəfərlik məktəb isə düşərgənin qərargahı seçilib.

Qaynaqlar təlim keçirilən silahlılar arasında Türkiyənin kürd vətəndaşlarının da olduğunu bildirib.

İndiyə qədər təlim keçmiş silahlıların böyük əksəriyyəti Menbic cəbhəsinə göndərilib.

Xatırladaq ki, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Brett Makqurk bir neçə gün əvvəl PKK/PYD silahlılarına Menbicdə təlim keçdiklərini açıqlamışdı. O, təlimlər bitdikdən sonra silahlıların Menbicdən çəkiləcəyini bildirmişdi.(Axar.az )

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Ukrayna və Rusiya arasında “oğurlanan əsgərlər” ixtilafı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: