Advertisements
24 saat

Abdullah Gül hökuməti devirmək istəyir?


Türkiyənin 11-ci prezidenti Abdullah Gülün gizli şəkildə İngiltərə və ABŞ nümayəndələri ilə görüşməsi haqqında keçmiş nazir Yaşar Okuyan tərəfindən yayılan iddia yalandır.

Axar.az xəbər verir ki, bu barədə keçmiş prezidentə yaxın mənbələr məlumat yayıb.

“Okuyan tərəfindən irəli sürülən gülünc hadisələr baş verməyib. Bu əsassız iddialar bəlli şəxslər tərəfindən məqsədli şəkildə səsləndirilir. İctimaiyyəti çaşdırmaq istəyən insanlar müəyyən dairələrə xidmət edir. Türkiyənin 11-ci Prezidenti Abdullah Gül millət və dövlət əleyhinə heç bir görüş həyata keçirməyib”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin keçmiş Sosial Təhlükəsizlik naziri Yaşar Okuyan Abdullah Gülün hökuməti devirmək üçün gizli şəkildə ABŞ və İngiltərə nümayəndələri ilə İstanbulda görüşdüyünü bildirmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: