Now Reading:
Abdulatipov Putinə şikayət etdi: “Dağıdıb yeyiblər”
Full Article 50 second read

Abdulatipov Putinə şikayət etdi: “Dağıdıb yeyiblər”



Kommunal Təsərrüfat İdarəsinin keçmiş rəhbərlərinin qohumları uzun müddət büdcədən ayrılan vəsaitləri mənimsəyiblər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Dağıstan rəhbəri Ramazan Abdulatipov respublikada yaşanan problemlərdən dolayı şikayətində bildirib.

Abdulatipov Putinlə görüşdə qeyd edib ki, 6 gün davam edən istensiv yağışlar nəticəsində kanalizasiyalar daşıb və çirkli su su kəmərlərinə sızıb, sakinlər arasında kütləvi zəhərlənmə də buna görə baş verib.

Xəstəxanalarda 273 sakinin zəhərlənmə diaqnozu ilə yerləşdirildiyini, kritik durumda olan 2 xəstənin xilas edildiyini deyən Dağıstan prezidenti artıq vəziyyətin sabitləşdiyini vurğulayıb. Onun sözlərinə görə, problem kanalizasiyaların uzun illərdir təmir edilməməsinin nəticəsində yaranıb. Səbəb kimi isə Kommunal Təsərrüfat İdarəsinin əvvəlki rəhbərlərinin büdcədən ayrılan vəsaiti dağıtdıqları və heç bir iş görmədikləri bildirilib.

Abdulatipov məsələ ilə bağlı cinayət işinin açıldığını, respublikada sərt qaydaların tətbiq ediləcəyini Prezident Putinin diqqətinə çatdırıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: