“AB Putinin hakimiyyətinə keçmək təhlükəsindədir”

Roberto Vivaldelli

Gli Occhi Della Guerra (İtaliya), 09.01.2017

 

“Açıq cəmiyyət böhran yaşayır, qapalı cəmiyyətlərin çeşid-çeşid formaları isə – faşist diktaturasından mafioz dövlətlərədək – çiçəklənir. Bu ona görə baş verir ki, seçilmiş liderlər elektoratın haqlı gözlənti və ümidlərini doğrulda bilməyib”.

86 yaşlı spekulyant, Açıq Cəmiyyət Fondunun prezidenti, həmçinin  elm və sənət hamisi, Hillar Klintonun seçkiqabağı kampaniyasını önəmli dərəcədə maliyyələşdirmiş Corc Soros Brexit və Donald Trampın qələbəsindən sonra obyektiv şəkildə müşahidə olunan “açıq cəmiyyət” (bunun nəzəriyyəsini filosof Karl Popper işləyib) böhranına diqqəti bu formada cəlb edir. Maqnat uzun ilər ərzində açıq cəmiyyət ideyasını istənilən üsulla və tərəddüdsüz  dəstəkləməyə cəhd edib, hətta yeni seçilmiş prezident Trampa qarşı çıxdıqlarına görə nümayişçilərə pul ödəyib.

 

Soros hisslərinə sərbəstlik verir: “AB Açıq cəmiyyət ideyasını ifadə edirdi”

 

Maliyyə dünyası “akula”sının son bir neçə ayın beynəlxalq siyasi prosesləri haqda acı düşüncələri bir neçə gün qabaq “Project Syndicate”-də dərc olunub. “Çoxları qət edib ki – Corc Soros öz məqaləsində qeyd edir, – elitalar onların demokratiyasını oğurlayıb. Kürəsəlləşmənin əzəmətli iqtisadi və siyasi miqyaslı nəticələri olub. O, yoxsul və varlıq dövlətlər arasında müəyyən iqtisadi razılaşmaya şərait yaradıb. Təəssüf ki, hər iki halda qeyri-bərabərlik durumu kəskinləşdirib. Əsasən əhalinin 1%-dən azını təşkil edən böyük maliyyə kapitalının sahibləri sənaye aləmində özləri üçün mənfəət götürməyə cəhd ediblər. Yenidən bölgü siyasətinin olmamağı demokratiya əleyhdarlarının istifadə etydiyi məmnuniyyətsizliyin əsas qaynağıdır. Lakin xüsusən Avropada digər amillər də öz təsirini göstərib. Mən Avropa Birliyinin əzəldən qızğın tərəfdarıyam, – Soros etiraf edir, – Avropa Birliyini açıq cəmiyyətin təcəssümü, ümumi rifah naminə suverenliyinin bir hissəsini qurban verməyə hazır demokratik dövlətlər birliyi saymışam”.

 

“Sərt qənaət siyasəti? Bu ancaq almanlara yaraşır və maraqlarına cavab verir”

 

Soros Fondunun qurucusu 2008-ci il böhranı haqda mülahizə yürüdür və Angela Merkel Almaniyasına münasibətdə tənqiddən özünü saxlaya bilmir: “Nəsə fəlakətli şəkildə düzgün getməyib. 2008-ci il tənəzzülündən sonra bərabərliyə əsaslanan könüllü birlik kreditorlarla borclular arasındakı münasibətə çevrildi – sonuncular öz öhdəliklərinə əməl etməkdə çətinlik hiss edir. Kreditorlar öz növbəsində borcluların tabe olmalı olduğu şərtlər irəli sürdülər. Artıq bu, bərabərliyə söykənən münasibət deyildi. Almaniya Avropa hegemonu kimi çıxış etdi, amma ən güclünün uyğun gəlməli oldu öhdəlikləri yerinə yetirə bilmədi, yəni ancaq öz maraqları çərçivəsindən kənara çıxa bilmədi. II Dünya savaşında sonrakı ABŞ və 2008-ci il böhranından sonrakı Almaniyanın davranışını tutuşduraq: ABŞ Marşal Planını işə saldı, nəticədə AB meydana çıxdı; Almaniya ancaq almanlara lazım olan və maraqlarına cavab verən sərt qənaət siyasəti tətbiq etdi”.

 

“Donald Tramp təzə başlayan diktatordur”

 

Sorosun fikrincə, dünya demokratiyasının mövcud sisteminin böhranı burada doğulur: “Avropa şəkkakları hərəkatının populyarlığının artması institutların işləməyinə mane olur. Bu, parçalayıcı güclər 2016-cı ildə əvvəlcə Brexit, sonra ABŞ-da Trampın seçilməsi və nəhayət, dekabrın 4-də İtaliya seçicilərinin konstitusiya islahatlarından imtinası sayəsində çox əzəmətli qüvvə və təkan alıblar. Demokratiya hazırda böhran yaşayır. Hətta dünyada aparıcı demokartiya olan Birləşmiş Ştatlar aldanış ustası və təzə başlayan diktatoru prezident seçib. Onun kabinetinə səriştəsiz, ifrat baxış tərəfdarları və istefadakı genarallar girib-çıxır”.  

 

“Avropa Putinin təsiri altında olmaq təhlükəsindədir”

 

Bəs indi? Maqnatın fikrincə, ABŞ Trampın dönəmində “dünyada demokratiyanı qorumaq və irəlilətməyi bacarmayacaq”, Avropa isə “Putinin təsiri altında olmaq təhlükəsindədir”.

Soros qeyd edir: “Əksinə, Tramp diktatorlara yaxın olacaq. Bu, onların bəzilərinə ABŞ-la sazişə nail olmaq imkanı verəcək. Məni hakimiyət anlayışı açıq cəmiyyət prinsiplərinə zidd gedən Rusiya prezidenti Vladimir Putinin təsirnə düşmək təhlükəsində olan AB-nin taleyi xüsusən narahat edir. Putin əvvəlcə sosial şəbəkələri nəzarətə götürməyə cəhd etdi. Sonra dezinformasiya və yalan yaymaq üçün dahiyanə qərarla sosial şəbəkələrin biznes-modelindən faydalandı. O bu qayda ilə Trampa seçkilərdə qələbə çalmağa yardım etdi. Ehtimal ki, eyni hal 2017-ci ildə Hollandiya, Almaniya və İtaliyada baş verəcək. Fransada iki əsas namizəd Putinə yaxındır. Onlardan biri seçkilərdə qalib gəlsə, Rusiya prezidentinin üstünlük mövqeyi baş tutmuş fakt olacaq”.

 

Tərcümə Strateq.az-ındır.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Erməni icmalçı:“Bordyuja erməniləri dilxor etdi” – Təhlil

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: