Loading...

AB-nin Yerevana göndərdiyi səfir yol qəzasına düşüb

Ermənistan paytaxtına səfər edən Avropa Birliyi heyətinin sədri velosiped sürərkən yol qəzasına düşüb.

Avropa.info xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb.

Loading...

“AB-nin Ermənistandakı heyətinin sədri, səfir Pyotr Svitalski Ermənistana gələn həftə qayıdacaq. O, baş vermiş qəza üzündən Ermənistandan üç həftə əvvəl gedibmiş”.

Qəzet yazır ki, səfir Yerevan küçələrində velosiped sürərkən avtomobillə toqquşub, qabırğasından zədə alıb. Qəzadan sonra ilkin tibbi yardım Ermənistanda göstərilib, daha sonra müalicəni davam etdirmək üçün Polşaya uçub.

Svitalski aktiv həyat tərzi ilə tanınan siyasətçidir. O, hər gen qaçır, velosiped sürür.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

SSRİ-nin ilk olimpiya çempionu vəfat edib

%d bloqqer bunu bəyənir: