24 saat

AB-dən Polşaya xəbərdarlıq


Avropa Birliyinin icraedici orqanı Polşaya hüququn aliliyinə təhlükə yaratdığı üçün xəbərdarlıq edib.

“Əlimizdən gələni etməyimizə baxmayaraq, bizi narahat edən əsas məsələləri həll edə bilməmişik”, Avropa Komissiyasının vitse prezidenti Frans Timmermans iyunun 1-də deyib.

Bu xəbərdarlıq nəticəsində Polşa AB-də səsvermə hüququndan məhrum edilə bilər.

Varşava iki həftə ərzində bu xəbərdarlığa cavab verməlidir.

Dekabrda Polşanın sağçı hökuməti ölkənin ali məhkəməsinə dəyişiklik edib ki. Tənqidçilərin fikrincə, bu dəyişiklik məhkəmənin qanunlara yenidən baxmasını mümkünsüz edir.

Avropa Komissiyası üzv ölkələrin fundamental AB dəyərlərinə “sistematik təhlükə” törətdiyini hesab edərsə, üzv ölkəyə dəyişiklik məqsədilə təzyiq göstərə bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: