Advertisements
24 saat

A Seriyasında klubların sayı azaldıla bilər


İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio A Seriyasında çıxış edən klubların sayını 18-ə endirməkdə israrlıdır.

24saat.org goal.az-a istinadən xəbər verir ki, Tavekkio bununla çempionatın səviyyəsinin yüksələcəyinə inanır.

“Həftə içi bu məsələni müzakirə etmək üçün klubların nümayəndələri ilə görüşəcəm. Asan olmayacaq. Bir il ərzində heç nə dəyişməz. Bu planı həyata keçirmək üçün 4-5 il lazımdır. İstərdim ki, A Seriyasında 18, B Seriyası və Pro Liqasında 20 komanda olsun” – Tavekkio deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: