Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

985 saylı marşurutda sürücü qiyamı

Gündəlik planın artırılması sürücülərin ciddi narazılığına səbəb olub

985 saylı marşurutda günlük planın artırılması sürücülər arasında ciddi narazılığa səbəb olub. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, Binəqədi-Sumqayıt xətti üzrə fəaliyyət göstərən marşurutda sürücülər üçün qoyulan günlük plan 155 manat olub. Lakin iki-üç gün bundan öncə planın daha 10 manat artırılması sürücülər tərəfindən kəskin etirazla qarşılanıb. Buna səbəb günlük planın ağırlığı və onun ödənilməsindəki çətinliklərdir.
Mənbənin sözlərinə görə, 155 manatlıq günlük plan ödəyən sürücülər bununla yanaşı, hər gün 40-50 manat məbləğində yanacağa pul sərf edir, sınan hissələrin təmirini də öz vəsaitləri hesabına həyata keçirirlər. Bu isə onların maliyyə məsrəfini artırır və faktiki olaraq qazancsız qoyur.
Mənbənin sözlərinə görə, günlük planın artıırlmasından sonra bəzi sürücülər işdən çıxmaq istəklərini ifadə ediblər və digər marşurutlarda iş axtarışına çıxıblar. Lakin sürücülərin etirazına baxmayaraq, rəhbərlik günlük planın artırılması ilə bağlı qərarına dəyişiklik etməyib.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bakıda üç marşrut avtobusu bağlandı

%d bloqqer bunu bəyənir: