Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

9 möcüzəvi ərzaqları tanıyaq

Allahın yaratdığı hər bir nemət insanı təəccübləndirir və heyrətə gətirir. Yer üzərində olan hər bir nemət insan üçün xəlq edilmişdir. Bu nemətlər insan sağlamlığına qulluq etmək və ona enerji vermək kimi xüsusiyyətlərə malikdir. Bu nemətlərdən bir neçəsi ilə yaxından tanış olaq.

1. Alma, yorğunluqla mübarizə aparar. İnsanların bəziləri yorğunluqlarını aradan qaldırmaq üçün qəhvə içərlər. Lakin qəhvə bəzi həssas insanların yuxu sisteminə mənfi təsirlər qoyar. Halbuki yorğunluğunuzu alma yeyərək də aradan qaldıra bilərsiniz. 24saat.org deyerler.org-a istinadən bildirir ki, alma iki səbəbə görə insanın yorğunluğunu aradan aparır və ona rahatlıq hissi verir. Biri ona görədir ki, insan almanı yeyən zaman çeynəmə aparatı işə düşər və beyin fəallaşar. O biri tərəfdən isə almanın tərkibində olan fosfor və fruktoza əsəb sistemini fəal edər. Almanın faydaları çoxdur, xolesterini aşağı salmaqdan tutmuş, toxluq hissinə qədər. Ancaq ən çox faydası yorğunluğu aradan aparmaqdır.

2. İstiot stressi dəf edər. İstiot streslə mübarizədə müsbət təsir göstərir. Əgər mədəniz sağlamdırsa, o zaman istiotu çeynəyərək stressinizə daha çox qələbə çala bilərsiniz. İstiot endorfin istehsal etdiyi üçün insana rahatlıq hissi verə bilir.

3. Bir ovuc badam yuxusuzluğa son qoyar. Badamın tərkibində maqnezium çoxdur. Həkimlərin nəzərinə görə yuxusuzluğun maqnezium çatışmamazlığı ilə əlaqəsi vardır. Ona görə də gün ərzində bir ovuc badam yeməyi tövsiyə edirlər, xüsusilə də yatana yaxın. Çünki badam bədəndə olan melatonin hormonunu çoxaldar və stressi azaldar. Badam yeyərək diabetdən uzaq olar və həm də çəkinizi nəzarətdə saxlamış olarsınız.

4. Qoz Omeqa-3 deposudur. Qoz mədə üçün faydalı olduğu kimi, həm də Omeqa-3 mənbəyidir. Bədən bu maddəni özü istehsal edə bilmədiyinə görə, kənardan alar. Qoz bizə yardım edər ki, gündəlik Omeqa-3 ehtiyacımızı bu cür təmin edək.

5. Yumurta beyini qoruyar. Yumurta haqqında bəzi yanlış çıxarışlar edənlər olsa da, son mütaliələr göstərir ki, yumurta faydalı qida növlərindəndir. Belə ki, tərkibində olan colin maddəsi beyin hüceyrələrinə müsbət təsir qoyur. Ona görə də əgər beyninizin sağlam olmağını istəyirsinizsə, həftədə bir neçə dəfə yumurta yeyin.

6. Kök hafizəni gücləndirər. Bir ədəd kök bizim gündəlik A vitamininə olan ehtiyacımızın 157%-ni təmin edər. Görmə qabiliyyətini yaxşılaşdırar. Tərkibində olan karotin maddəsi hafizəni gücləndirər. İmtahan zamanı çox tövsiyə edilir.

7. Hindistan badamı diş ovulmasına qarşıdır. Bu badamın tərkibində nakardya turşusu vardır ki, diş ovulmasına şərait yaradan bakteriyaları aradan aparır.

8. İspanaq sağlamlığınızı qoruyar. İspanaq tərkibində olan vitaminlərə görə çox faydalı tərəvəz növüdür. İspanaq immun sistemini gücləndirər, bədənin xəstəliklərə qarşı müqavimətini artırar, anti-oksidant rolunu oynayar.

9. Banan xoş əhvalda olmağınıza yardım edər. Aparılan tədqiqatlar nəticəsində alimlər bu fikirə gəliblər ki, o kəslər ki, meyvə və tərəvəzi çox yeyirlər, onlar daha çox nikbinlik hiss edirlər. O kəslər ki, banan və brokkolini çox yeyərlər, özlərini daha çox şad hiss edirlər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

BÜRCLƏR – 17 Sentyabr

%d bloqqer bunu bəyənir: