24 saat

“9 may “Qələbə Günü” deyil”


 

Sərdar Cəlaloğlu: “Əgər qələbədirsə də, Pirr qələbəsidir”

ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında II Dünya müharibəsi sonucundə faşist Almaniyası üzərində əldə edilən qələbə ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri 9 may tarixini “Qələbə Günü” adlandırmaq üçün heç bir ciddi əsas olmadığını bildirib:

“II Dünya müharibəsi iki imperiyanın öz sərhədlərini genişləndirmək uğrunda razılaşdırılaraq başladılan müharibə idi. Bir tərəfdə rus imperializmi, digər tərəfdə isə yeni imperiya yaratmaq istəyən alman faşizmi dururdu. II Dünya müharibəsində almanlar 5 milyon, onlara qarşı mübarizə aparan dünya dövlətləri isə 100 milyona yaxın itki verdi. Başqa sözlə desək, məğlub hesab edilən almanların itkiləri qalib tərəfdən qat-qat az oldu. Odur ki, müharibə nəticəsində verilən itkilərə baxsaq, görərik ki, buna qələbə demək çətindir. Əgər bunu qələbə adlandırsaq, onda gərək buna Pirr qələbəsi deyək. Çünki bu, məğlubiyyətə bərabər qələbədir”.

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: