Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

89 yaşlı kişinin həyatını dəyişən FOTO

Çikaqoda küçədə dondurma satan Fidencio Sançezin həyatı “Facebook”da paylaşılan bir şəkillə dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Joel Cervantez Macias adlı sakin küçədə gedərkən 89 yaşlı F.Sançezlə qarşılaşır. Dondurma maşınını çətinliklə sürən bu yaşlı kişinin şəklini çəkib, onun üçün kampaniya başlatmaq qərarına gəlir.
O, əvvəlcə dondurma alır və satıcı ilə söhbət edir. Daha sonra onun həyatı barədə məlumat toplayıb, şəkli sosial şəbəkədə paylaşır.
Qeyd edək ki, Fidencio Sançezin bir müddət əvvəl qızı ölüb. Nəvələrinə və xəstə həyat yoldaşına dondurma sataraq baxır. Gün ərzində qazandıcı 50-60 dollar olan Sançez üçün iki gün ərzində yaşlı kişi və ailəsi üçün 115 min dollar vəsait toplanır.
Sançez onunçün toplanmış pulu kilsə dostları və nəvələri ilə paylaşacağını deyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Kəbə qapıları necə açılır? – VİDEO

%d bloqqer bunu bəyənir: