Advertisements
24 saat

Bakıda deputatın maşını cərimə meydançasına aparıldı


İki gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb isə həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır.

24saat.com avtosfer.az-a istinadən xəbər verir ki, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinin şəxsi maşını olub.

Sürücü tərəfindən idarə olunan nəqliyyat vasitəsinin ödənilməyən cərimələrinin miqdarı isə 5 min manatı aşıb.

Millət vəkilinin kimliyi barədə dəqiq məlumat verilməsə də, onun avtomobilinin bir gün cərimə meydançasında saxlanıldığı bildirilir. Məlumata görə, xanım deputat cərimələrin bir qismini ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara bilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: