24 saat

84 yaşlı tənha qocanı qətlə yetirənlər həbs olunub


Yasamal rayon sakini, 1932-ci il təvəllüdlü Məmməd Səmədovu qətlə yetirənlər həbs olunub.

Bu barədə virtualaz.org saytına DİN-dən məlumat verilib.

Məlumata görə, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum M.Səmədov Yasamal rayonu, Akim Abbasov küçəsindəki 8 saylı binanın 38-ci mənzilində tək yaşayıb.

Virtualaz.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: