Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

8 kilo marixuana ilə tutulan Gəncə sakininə 8 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Elman Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər sakini Elman Mirzəyevin əlindəki torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda pensiyaçının evindən 100 min nağd pul oğurlandı

%d bloqqer bunu bəyənir: