Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

72 yaşında ana oldu: “Ana olmaq üçün bir ömür gözlədim “

72 yaşında ana olan Hindistanlı qadının verdiyi müsahibə, bu uzun gözləyişin heç də asan keçmədiyini ortaya qoyub.

24saat.org xəbər verir ki, hindistanlı qadın etdiyi müalicələrdən sonra bir daha heç vaxt ana ola bilməyəcəyini düşünərkən, 72 yaşında xəyalları gerçək olmuş və ilk körpəsini dünyaya gətirib. Lakin ananın İngilis “The Sun” qəzetinə verdiyi müsahibə, bu uzun gözləyişin qadın üçün heç də asan keçmədiyini ortaya qoyub.
Aprel ayında Hindistanın Pencar əyalətinə bağlı Amritsar şəhərində möcüzə kimi bir hadisə reallaşıb. Daljinder Kaur adlı hindli bir qadın, tam 72 yaşında ilk dəfə ana olub. Məlumatlara görə Kaurdan əvvəlki ən yaşlı ana, 2006-ci ildə İspaniyanın Barselona şəhərində 66 yaşında əkiz körpə dünyaya gətirən Maria del Carmen Bousada Lara olmuşdur.
”Ana olmaq üçün bir ömür gözlədim ”
“Hamilə olduğum dövrdə küçədə gedərkən belə çətinlik çəkirdim. Hər kəs mənə dik-dik baxırdı, yaşlı bir qadının hamilə qala biləcəyinə inanmırdılar. İnsanların bu baxışları məni çox yaraladı, lakin heç bir şey məni hamiləliyimin kefini yaşamaqdan almadı. Tam 72 yaşındayam və ana olmaq üçün bir ömür boyu gözlədim “- deyə Daljinder  Kaur açıqlamasında bildirib.
Əri Mohinder Gill (79) ilə 1970-ci ildə evlənməsinə baxmayaraq Kaurun xoşbəxt bir evliliyi olmuş. Uşaq doğuramadığı üçün qonşularından təhqir üstünə təhqir eşitmiş. Hətta bəzi qohumları Kaura lənətli olduğunu və ərinin başqa bir qadınla yenidən evlənməsi lazım olduğunu söyləmişdilər.
Kaur yaşadığı bu çətin anları, “Şükürlər olsun ki, həyat yoldaşım mənə qarşı hər zaman mərhəmətli oldu və əsla dəstəyini əsirgəmədi. Nə olursa olsun məni sevməyə davam etdim. Yenə də ana ola bilmədiyim üçün özümü dərin bir təklik içində hiss etdim. Dostlarımın uşaqlarının gözlərimin qarşısında bir yetkinə çevrilməsini izləyərkən daxilimdə həmişə qısqandım “deyə  bildirib.
Bütün bu hadisələr yaşanarkən, 2012-ci ildə Haryana ştatındakı bir klinikanın reklamını görəndə balon körpə etməyə qərar vermiş. Özüylə maraqlanan həkim Kaurun yaşını öyrənincə müalicəni tətbiq ilə əlaqədar çox tərəddüd etmiş, uşaq sahibi olmanın yaşlı qadın üçün həyati risk daşıdığını ifadə etmiş, lakin Kaur doktoru razı salmağı bacarmışdır. Yumurta istifadə edilərək müalicə görən yaşlı qadın, menopozundan tam 20 il sonra illərdir gözlədiyi körpəsini qucağına ala bilmişdir.
Həyatının ən xoşbəxt günlərini yaşayan Kaur, “Hər yeni ana kimi yuxusuz gecələr mənim də həyatımın bir parçası oldu. Lakin bu anda həyatımdan sahib olduğum tək bir şeyin belə dəyişməsini istəmirəm. Ailəmiz nəhayət tamamlandı, məndən xoşbəxti yoxdur”  deyə bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sərdar Cəlaloğlu İslama baxışı dəyişəcək kitab yazır – ƏCƏB İŞƏ DÜŞDÜK

%d bloqqer bunu bəyənir: