Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

700 bal toplayan qardaşlar bu ali məktəbi seçəcəklər – AÇIQLAMA

“Orta məktəbdə iki qardaş qiymətlərimiz hər zaman yaxşı olub. Hər ikimiz məktəbdə olimpiadalarda yaxşı yerlər qazanmışıq”.

Bu sözləri Modern.az-a açıqlamsında Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunları olan və  I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə əldə edən Rəvan və Nurlan Nəzərəliyev qardaşları bildirib.

700 bal toplayan Rəvan deyib ki, bunu əvvəlcədən gözləməyib:

“Əvvəlcədən 700 bal toplayacağımı bilmiridm”.

Rəvan 685 bal toplayan qardaşı  Nurlan Nəzərəliyev haqqında belə deyib:

“Qardaşım ona görə məndən az bal topladı ki, onda aldadıcı suallar var idi. Bu ona çətinlik yaratdı. İxtisas seçimi zamanı hər ikimiz Bakı Ali Neft Məktəbini seçəcəyik” –deyə qardaşlar bildirib.

Xatırladaq ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk Liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

 

Ağa AKİFOĞLU

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

700 bal toplayan köçkün: “Kanadada oxumaq istəyirəm”

%d bloqqer bunu bəyənir: