Advertisements
24 saat

7 min kəşfiyyatçıdan 6.5 mini FETÖ-çü olub – Nazirin istefa səbəbi

Dünən Türkiyə daxili işlər naziri Əfkan Alanın sürpriz şəkildə istefaya göndərilməsi Ankara kulislərində ən çox müzakirə olunan məsələ olub.

Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 ildir bu vəzifədə çalışan Alanın istefası ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunların arasında ən çox müzakirə olunan isə prezident Ərdoğanın keçmiş nazirin FETÖ ilə mübarizəsinin sürətindən və koordinasiyasız aparılmasından narazı qalması olub.
Burada önəmli rol oynayan əsas faktlardan biri isə Əfkan Alanın ötən həftə paylaşdığı rəsmi rəqəmlər olub. Həmin faktlarda qeyd edilirdi ki, 17-25 dekabrda 81 əyalətin polis rəisinin 74-ü, bölmə rəislərinin hamısı, 7 min kəşfiyyatçıdan isə 6500-ü FETÖ üzvü olub.
AKP kulislərində müzakirə edilən digər məsələ isə Əfkan Ala ilə 15 iyul çevriliş gecəsi uzun müddət əlaqə saxlamağın mümkün olmamasıdır. Ala daha sonra verdiyi açıqlamada o zaman Ərzurumdan təyyarə ilə Ankaraya uçmağa çalışdığını demişdi. Lakin onun 15 iyul gecəsi göstərdiyi mənfi performansın da istefaya göndərilməsində mühüm rol oynadığı vurğulanır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: