Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

7 günlük gəlini öldürən azərbaycanlı haqqda yeni TƏFƏRRÜATLAR

Rusiyada evləndikdən 7 gün sonra həyat yoldaşını qətl edən azərbaycanlını 15 il həbs gözləyir.

Bu barədə Rusiya KİV-i yazır. 22 aprel tarixində həyat yoldaşı Gülnarı öldürüb daha sonra meşədə basdıran Samir Həbibov istintaq zamanı əməlini etiraf edib.

Samir haqqında yeni məlumatlar da ortaya çıxıb. Sankt-Peterburq limanında işləyən Samir məhz buna görə göz önündə olmağı sevmirdi. Hətta sosial şəbəkələrdə o, uydurma adla qeydiyyatdan keçib. Məlumatlara görə, Samirin birinci nikahından uşağı da var. Qohumları azərbaycanlı bəyin cinayəti törətməsinə inana bilmədiklərini bildirirlər. Ünsiyyətcil, tərbiyəli və çox sakit təbiətli olan Samirin yaxşı oğlan olduğu deyilir.

Digər bir məlumata görə, Gülnar və Samir toy gününə qədər çox az ünsiyyət saxlayırdı. Azərbaycan ənənələrinə uyğun olaraq onlar ailə həyatı qurub. Samir çox qısqanc olduğu üçün hətta həyat yoldaşına rəfiqələri ilə belə danışmağa qadağa qoyub.

Samir öz ifadəsində polisə bildirib ki, guya Gülnarı mübahisə zamanı itələyib və qız başından zərbə aldığı üçün ölüb. Samirə cinayəti ört-basdır etmək üçün doğma qardaşı köməklik edib. Məhkəmə qarşısına çıxarılacaq Samirin qardaşı da məsuliyyətə cəlb oluna bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Samo” Qarabağda hərbi çevriliş etməyə gəlir – DÜŞMƏN CƏBHƏSİNDƏ ÇAXNAŞMA

%d bloqqer bunu bəyənir: