Putin Patruşevi Ermənistana göndərir – JEST


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iyunun 7-8-də Irəvana səfər edəcək. ANS PRESS-in məlumatına görə, Patruşev Ermənistan paytaxtında keçiriləcək Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatı (KTMT) katibləri komitəsinin iclasında iştirak edəcək.

“İclasda KTMT-yə üzv dövlətlərin beynəlxalq terrorizm və ektremizmə qarşı kollektiv təhlükəsizlik tədbirləri, həmçinin kollektiv təhlükəsizlik sisteminin inkişafı ilə bağlı digər məsələlərin müzakirəsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Irəvanda keçiriləcək iclasda KTMT-nin baş katibi Nikolay Bordyuja da iştirak edəcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası.Arxiv

Bir müddət əvvəl KTMT-nin baş katibi Nikolay Bordyuja İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibəyə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər.

Ermənistan həmçinin Azərbaycanın KTMT üzvləri ilə hərbi əməkdaşlığından narazıdır. Ermənistan mətbuatında dərc edilən yazıda KTMT üzvlərinin imzaladıqları sazişə əməl etməmələrindən narahatlıq ifadə edilir.

Sonuncu dəfə aprelin 15-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrin hərbi komitəsinin səkkizinci iclası olub.

Keçən il dekabrın sonlarında KTMT-yə sədrlik Rusiyadan Emənistana keçib. Bu barədə təşkilatın keçirilən iclasında qərar qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən xəbərə görə, Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibəti ilə təbrik edib.

Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibləri iştirak edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Ramiz Mehdiyevin bizə göstərmək istədiyi “əjdaha”

%d bloqqer bunu bəyənir: