Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağdan son reportaj – Video

Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub. Səfərin nəticəsində çəkiliş qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı silsilə verilişlər hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, Dailykarabakh-ın məlumatına görə, jurnalist Pavel Szota müsahibə verən Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: “İlk əvvəl problemin mənbəyini həll etmək lazımdır. Qaçqınlar, işğal olunmuş torpaqlar sadəcə bir nəticədir. Əsas problem Dağlıq Qarabağın statusudur”.

Ermənistan XİN-nin rəsmisi bununla Azərbaycan ərazilərinin işğalını və işğal olunmuş ərazilərdən azərbaycanlıların qovulmasını və onların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini etiraf edir. Bu ölkənin rəsmi mövqeyini çatdıran şəxs tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiq edən və etiraf edən çox ciddi açıqlamadır.

Ermənistan rəsmisi tərəfindən belə bir kəlmənin səslənməsinə inanmayaraq redaksiya olaraq polyak dilini bilən mütəxəssislərə və polyak dilinin daşıyıcılarına müraciət etdik. Onlar da işğal faktının səsləndirildiyini təsdiq etdilər.

Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də müsahibəsi yer alıb. O, münaqişənin əsasını Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu təşkil etdiyini deyib.

Veriliş əsnasında atışmalarda həlak olmuş erməni və Azərbaycan əsgərinin valideynləri və yaxınlarının müsahibəsi verilib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Sabah Bakıda temperatur 29 dərəcəyə qədər yüksələcək

%d bloqqer bunu bəyənir: