24 saat

650 milyon manatın taleyi bəlli deyil


Rövşən Ağayev öz feysbuk səhifəsində maraqlı bir büdcə məlumatına toxunub.

O, sosial müdafiə köməkçi bölməsi üzrə xərclərə ayrılan 650 milyon manatın taleyinə aydınlıq gətirilməsini istəyib. İqtisadçı-ekspert qeyd edib ki, bu məsələ nə hökumətin parlamentə təqdim elədiyi büdcə sənədlərində, nə də Hesablama Palatasının büdcə rəyində aydınlaşdırılmayıb.

“Sosial müdafiə köməkçi bölməsi üzrə xərclər 2016-cı ilin proqnoz göstərici ilə müqayisədə 2017-ci ildə 650 mln. manat azalıb. Bu azalmanın səbəbi nədir? Hansı konkret xərc maddələri ixtisar olunur? Hansı sosial müdafiə tədbirləri idi ki, 2016-cı ildə hökumət ora vəsait ayırırdı, amma 2017-də buna ehtiyac qalmadı? Heç bir sənəddə bu sualın cavabı yoxdur”, – deyə Rövşən Ağayev yazıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: