Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fransa yenidən “Erməni soyqırımının inkarını” cəzalandırmağa hazırlaşır – BU DƏFƏ…

24saat.org xarici mətbuata istinadən bildirir ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sabiq başqanı Jean-Paul Costa Fransada “Erməni Soyqırımının inkarı”nı cəzalandıran qanun layihəsinin hazırlıq işlərinin tamamlandığını bildirib. İnformasiyanı Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının Prezidenti Murad Papazian təsdiqləyib.

Papazian “Artıq yekun toplantılar həyata keçiririk. Ekspertiza işlərini bitirdiyimiz zaman bu qanun layihəsini parlamentə təqdim edib-etməyəcəyimizi biləcəyik. Bu qanun layihəsinin konstitusiyadan qidalanan gücü olacağına əmin olmağımız lazımdır” deyib və bu mərhələnin Mayın sonuna qədər bitəcəyini bildirib.

24saat.org olaraq bildiririk ki, Fransa prezidenti Fransua Holland “Erməni Soyqırımının inkarını cəzalandıran qanun”un qəbulu məsələsini gündəmə gətirib. Bu dəfə sözügedən “qanun”u işləyib hazırlamaq isə AİHM sabiq başqanl. Jean-Paul Costaya həvalə olunub.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Beynəlxalq Bankdan 50 milyon necə silinib? – Özəl

%d bloqqer bunu bəyənir: