İranın Hərbi Dəniz Qüvvələri bir il ərzində 20 təlim keçirəcək


Təlimlər zamanı raket atışları da nəzərdə tutulur
İranın Hərbi Dəniz Qüvvələri (HHQ) yerli təqvimlə cari il ərzində (20 mart 2017-ci il tarixində başa çatacaq) 20 təlim keçirəcək.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı İran HHQ komandanlığının kont-admiralı Həbibullah Səyari bildirib.

“İranın Hərbi Dəniz Qüvvələri İran təqvimi ilə cari ildə, raket atışı, sualtı qüvvələr, hərbi-dəniz kəşfiyyatı təlimləri də daxil olmaqla 20 ixtisaslaşdırılmış təlim keçirəcək. İlk təlimlər artıq gələn ay başlayacaq və elektron müharibənin aparılmasında döyüş gəmilərinin heyət məşqlərini özündə əks etdirəcək. “Vilayət-95″ kod adlı miqyaslı təlimlərə gəldikdə isə, onlar 2017-ci ilin fevral ayında keçiriləcək”, – “Fars” agentliyi kontr-admiralın sözlərini sitat gətirir.

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT

Sonrakı Yazı »

Türkiyədən İŞİD-də ağır zərbə: 13 ölü

%d bloqqer bunu bəyənir: