Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Lester” milyonlar qazandı

İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən “Lester” bu zəfər nəticəsində büdcəsini xeyli artıracaq. ANS PRESS-in məlumatına görə, Klaudio Ranyerinin yetirmələrinin uğuru komandaya 150 milyon funt-sterlinq qazandırıb.

İngiltərə Futbol Federasiyası Premyer Liqada çıxış edən hər kluba 54 milyon funt ödəyir. Çempion olan komanda isə əlavə olaraq 25 milyon qazanır. Bundan başqa klub teleyayımdan da gəlir əldə edir. Yayılan məlumata görə, “tülkülər” hər ev oyunu zamanı satılan biletlərdən 880 min funt qazanıb. 16 ev oyunu olduğunu nəzərə alsaq, bu da 14 milyon funt deməkdi.

Bundan başqa “Lester” Çempionlar Liqasında iştirak edəcəyi üçün UEFA-dan da mükafat alacaq.

"Lester" klubu

“Lester” klubu

İngiltərə Premyer Liqasında 2015/2016 mövsümünün qalibi dünən bəlli olub. Cari mövsümdə sürpriz çıxışı ilə yadda qalan “Lester Siti” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Buna səbəb “tülkülər”in ən yaxın izləyicisi “Tottenhem”in hesabat turunda keçirilən “Çelsi” ilə oyunda xal itkisinə məruz qalması olub – 2:2. Bunun nəticəsində “Lester Siti”nin londonlularla sona 2 tur qalmış 7 xallıq fərqi yaranıb.

36-cı turdan sonra “Lester”in 77, “Tottenhem”in isə 70 xalı var. “Lester Siti” son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Atletiko Madrid Bavariyanı devirdi

%d bloqqer bunu bəyənir: