Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İranda erməni deputatlar Qarabağ üçün Daxili İşlər Nazirliyinə şikayət etdilər – FOTO

Ötən həftə Qarabağda baş verən son olaylar İrandakı erməniləri ciddi təşvişə salıb. Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın Qarabağ məsələsi ilə bağlı həmrəylik nümayiş etməsi erməni deputatları və tərəfdarları arasında böyük narahatlıq doğurub.
Beləliklə İranın erməni və tərəfdarları olan asori, zərdüşt və kəlimi topluluqlarının məclisdəki təmsilçiləri güneyli soydaşlarımızın Qarabağın işğalına qarşı  həmrəylik nümayiş etməsi ilə bağlı İranın Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar. Musavat.com xəbər verir ki, bu barədə İranda populyar olan Teleqram sosial şəbəkəsində məlumat yayılıb.
Açıq məktub şəklində ünvanlanan şikayətdə bildirilir: “Daxili İşlər Naziri, cənab Rəhmani-Fəzli, salam. Sayqılarımızla birlikdə elan edirik ki, keçən həftə baş verən Qarabağ münaqişəsini bəhanə edərək Təbrizdə, Urmiyada, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bəzi şəhərlərində bəzi hərəkətlər (axınlar) ermənilərə qarşı təhrikçi işlərə əl atıblar ki, bu məsələ də erməni topluluğunu nigaran edib. Görünəni odur ki, bu quruplar İslami birlik adı altında separatçılıq edirlər. Biz bu hərəkətlərə qarşı etiraz edir və sizdən bu vəziyyətin qarşısının alınmasını istəyirik”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Amerikalı general: “Rusiya dünya düzəninə yenidən baxılmasını istəyir”

%d bloqqer bunu bəyənir: