Loading...
Loading...

Avtomobillərə texniki baxış qaydaları dəyişdi – VİDEO

Avtomobillərin texniki baxışa təqdim olunma qaydaları dəyişib.

Bununla bağlı Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi əsasnamə”də dəyişikliklər edib. Əvvəlki qaydaya əsasən, texniki baxış zamanı avtomobillərdə nasazlıq aşkarlandıqda, həmin nasazlıqlar mütləq təminatlı texniki təmir sahəsində aradan qaldırılmalı idi. Yalnız bundan sonra avtomobil texniki baxışdan keçməsi barədə sənəd ala bilərdi.

Xezerxeber.com bildirir ki, ancaq yeni edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar istənilən təmir müəssisəsində aradan qaldırıla bilər.

Nazirlər Kabinetinin etdiyi dəyişikliyə ən çox sevinənlər isə sürücülərdir.

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, bu qərar bəzi qeyri-müəyyənlikləri və sui-istifadə hallarınını aradan qaldıracaq.

Ekspert əlavə edir ki, sürücülər qərardan istifadə edib avtomobili kimə gəldi təmir etdirməməlidirlər. Çünki avtomobilin texniki nasazlığı tam olaraq aradan qaldırılmazsa, bu, gələcəkdə xoşagəlməz halların və qəzaların baş verməsinə səbəb ola bilər.

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Amerikaya viza lotereyasının nəticələri açıqlandı

Loading...
%d bloqqer bunu bəyənir: