24 saat

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilir


Azərbaycana Rusiyadan alınmış hərbi döyüş texnikasının gətirilməsi davam edir.

Virtualaz.org-a rəsmi mənbələrdən daxil olan məlumatda bildirilir ki, bu, Bakı ilə Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir.

Həmin razılaşmaya əsasən, Azərbaycana BMP-3-ün bazası əsasında hazırlanmış “Vena” adlı 120 mm-lik özüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş və ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları göndərilir.

Bundan başqa, Rusiya mütəxəssislərinin köməyi ilə hərbi maşınlara texniki yardım, onların təyinatı üzrə istifadə olunması, o cümlədən, şəxsi heyətə zəruri vərdişlərin aşılanması üzrə təlim-məşğələlər keçilir.

Daha bir vacib məqam. Məlumatda o da vurğulanır ki, deyilənlərlə bərabər, cəbhəboyu zonalardakı hərbi anbarlar istər yerli istehsaldan olan, istərsə də Rusiyadan alınan zəruri komplektlər və hərbi sursatlarla, müxtəlif kalibirli minalarla da təchiz olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: