Now Reading:
Azərbaycanlıların həbs edildiyi anın görüntüsü – Video
Full Article 40 second read

Azərbaycanlıların həbs edildiyi anın görüntüsü – Video



Rusiya Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis rəisi və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlının saxlanılma videosu yayıb. 

ANS-in məlumatına görə, DIN onların saxlanması üçün xüsusi əməliyyat keçirib.

“Faktla bağlı iki və daha çox adamın öldürülməsi maddəsi ilə cinayət işi açılıb”
Şübhəlilərdən ikisi qaldıqları evdə, biri isə avtobus dayanacağında tutulub. Saxlanan hər üç azərbaycanlıya qarşı rəsmi ittiham irəli sürülməsə də onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur.

“Rayon prokurorluğu tərəfindən saxlanılan şəxslərin iki ay müddətinə həbs edilməsi barədə vəsatət təmin edildi və onlar tutuldular. İttiham aktı həbs edilən şəxslərə hələlik təqdim edilməyib”, – deyə bu barədə Sızran rayon prokuroru Yevgeni İxra bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: